суббота, 13 ноября 2010 г.

İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru cənab Ş. Abdullayevə


Cəlilabad şəhərində fiziki şəxs kimi fəaliyyət göstərən  
(Cəlilabad şəhəri H. Əliyev prospekti– 256 ünvanda  mebel satışı )  
Cəlilabad şəhəri Xətayi küçəsi ev 112 də yaşayan
Kərimov İsmayıl Yahyə oğlundan

  M Ü R A C İ Ə T 
             Hörmətli cənab Ş. Abdullayev !
             Bildirirəm ki, uzun illər Cəlilabad rayonunda ticarətin müxtəlif sahələrində işləmişəm, o dövürdə də indi də pul almağı və pul verməyi yaxşı bilirəm.  40 ildən artıq əmək stajım olduğu halda mən Texnika bankın Cəlilabad filialına müraciət edərək Fond tərəfindən Sahibkarlığın inkişafına verilən kreditdən almaq istədim. Lakin Bahk filalının müdiri M. Həsənovun imzaladığı məktubdan məlum olur ki, bank Sizin tərəfinizdən ayrılan vəsaiti mənə vermək fikirində deyildir. Əgər doğurdan da bankda sahibkarlara növbə əsasında güzəştli kredit verilirsə , o zaman Bank filialı mənim sənədlərimi araşdırmalı və nəticəsi barədə mən məktub göndərməli idi.  lakin  Sizin 30 aprel 2010 cu ildə Masallı şəhərində cənub bölgəsinin sahibkarları ilə görüş keçirib onlara müxtəlif həcimli kreditlər verdiyiniz bir vaxtda M. Həsənov heç bir səbəb olmadn mənim kredit  almaq barədə sənədlərimi poçt vasitəsi ilə təcili olaraq geri qaytarıb. Odur ki, Sizdən xahiş edirəm ki, Mirəbülhəsən Həsənova izah edilsin ki, ayrılan kreditdən qohumlarına kartof alveri üçün verdiyi məbləğlərdən bir azda mənim də biznes – planıma uyğun olaraq mənə verilməsinə köməklik  göstərsin. Bəzi məsələləri hələlik yazmaq istəmirəm.  Mənim kreditə olan tələbatımı  və sahibkarlıq fəaliyyətimi daha da artırmaq məqsədi ilə 20000 ( iyirmi min ) manat Sahibkarlığa Kömək Milli Fondunun vəsaitidən illik 6% - lik kreditin ayrılıb verilməsinə köməklik göstərməyinizi xahiş edirəm.
müraciətimə əlavə edirəm:
 kredit almaq üçün tərəfinizdən təsdiq edilmiş sənədlərin hazırlanmış forması
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitidən kredit alınması üçün Ərizə
Biznes – plan
Biznes planın qısa xülasəsi
vergi şəhadətnaməsini surəti
şəxsiyyət vəsiqəmin surəti
Texnika bankın cəlilabad filalının 317 saylı 29 iyul 2010 cu il tarixli məktubunun surətini
Dərin Hörmətlə:İmza:   Kərimov İsmayıl Yahyə oğlundan
  əlaqə telefonu:  0 55 813  82  79 :  
   13.11.2010

Комментариев нет:

Отправить комментарий