понедельник, 15 ноября 2010 г.

Milli.Az » Dünyada » 72 yaşlı ana ikinci uşağını doğacaq - FOTO

 İlk dəfə 66 yaşında övlad dünyaya gətirən qadın 72 yaşında yenidən ana olmağa hazırlaşır. 


Milli.Az xəbər portalı «The Daily Mail»ə istinadən bildirir ki, məşhur rumın yazıçısı və Buxarest Universitetinin professoru, 72 yaşlı Adriana İlyesku 5 yaşlı qızı Elizanın anasından daha çox, nənəsinə bənzəyir.  2005-ci ildə İlyeksku 66 yaşında qızını dünyaya gətirərək dünyanın ən ahıl anası  olmuşdu.
Yaşlı olduğunu boynuna alan professorun dediyinə görə, həmyaşıd olduğu qadınlar kimi görünür. Lakin qoca ananın enerjisi yetərincədir.
  «Güzgüyə baxmamağa çalışıram, çünki oradakı görüntüm xoşuma gəlmir. Fəqət, çox böyük həyat eşqim və qüvvəm var. Özümü 27 yaşlı kimi, yorulanda da 37 yaşlı kimi hiss edirəm. Gənclərlə müqayisədə daha sağlamam. Siqaret çəkmir, içki içmirəm. Əgər valideynlərim qədər ömür sürsəm, onda dünyamı dəyişəndə Elisin 20 yaşı olacaq», - İlyesku deyir.  Onun sözlərinə görə, tək uşaqla kifayətlənmək fikrində deyil və ikinci övladını dünyaya gətirməyi planlaşdırır: «Amma hadisələri tələsdirmək olmaz. Sağlamam və ikinci dəfə ana ola bilərəm», - professor söyləyib. İlyesku həyatında ilk dəfə 20 yaşında hamilşə qalsa da, həkimlər o vaxt səhhətindən dolayı abortu məsləhət görmüşdülər. Sonrakı illərdə İlyesku fəal şəkildə karyerası ilə məşğul olduğundan uşaq dünyaya gətirməyi düşünməyib. 
Yalnız 66 yaşında olanda Adriana qızı Elizaya hamilə qalmışdı. Vüqar
  Milli.Az  

Комментариев нет:

Отправить комментарий