воскресенье, 14 ноября 2010 г.

Hökumət yeni ildən ölkədə «yoxsulluğun aradan qaldırıldığını» elan edəcək

Son bir neçə aydır ki, əhalinin narazılıq etdiyi əsas məsələlərdən biri də yoxsul ailələrə verilən ünvanlı sosial yardımların ödənilməsinin yubanması və yeni ailələrin siyahıya alınmamasıdır. Artıq ikinci dəfədir ki, qeydə alınmış belə ailələrə ünvanlı sosial yardımların verilməsi dayandırılıb. Bundan əvvəl də bir neçə ay pulların verilməsindən imtina olunmuşdu.
TİA.AZ-a verilən məlumatda deyilir ki, Əmək və Sosial Müdafiə Nazirliyinin kompitensiyasında olan bu məsələnin belə bir şəkil alması hökumətin hazırladığı yeni planla bağlıdır. Etibarlı mənbələrdən verilən informasiyada vurğulanır ki, yeni plana əsasən gələn ildən hökumət növbəti şousunu işə salacaq. Belə ki, hökumət yeni ildən bəyan edəcək ki, artıq ölkədə yoxsul ailə qalmayıb və bu səbəbdən də nəzərdə tutulan proqramın da icrası dayandırılır.
Mənbənin sözlərinə görə, hökumətin atacağı bu addım sırf yalan rəqəmlər üzərində qurulacaq və reallığı əks etdirməyəcək. Onun sözlərinə görə, hal hazırda ölkədə yoxsulların sayı qeydə alınanlardan üç-dörd dəfə çoxdur. Rəsmi qurumlar isə bu rəqəmləri gizlətməklə həqiqətləri ört-basdır etmək fikrindədir. Həyata keçiriləcək plan isə bütün bu məsələlərdən birdəfəlik yaxa qurtarmaq məqsədi güdür və hökumət yeni yalanlarını cəmiyyətə «yedirzdirmək» üçün çalışır.
Baxılıb: 28 | Tarix: 13.11.2010

Комментариев нет:

Отправить комментарий