суббота, 13 ноября 2010 г.

“Həbsdə olan jurnalistlər dərhal azad edilməlidir” / 12.11.2010



9 təşkilat Azərbaycan hökumətini pisləyib
Söz və ifadə azadlığını müdafiə edən 9 beynəlxalq təşkilat – (ARTICLE 19, Freedom House, Human Rights House Foundation, Index on Censorship, International Federation of Journalists, Media Diversity Institute, Norwegian Helsinki Committee, Reporters Without Borders, World Association of Newspapers and News Publishers) Azərbaycan hakimiyyətini 7 noyabr parlament seçkiləri zamanı jurnalistlərin hüquqlarını təmin etmədiyinə görə pisləyib.
“Azərbaycan hakimiyyətini 7 noyabr seçkilərində söz azadlığını təmin etmək üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə pisləyirik. İfadə azadlığının pozulması faktları bizi hədsiz narahat edir, bu, seçkilərin düzgün və ədalətli olmadığını göstərir”,- deyə sənəddə bildirilir.
Bu pozuntular sırasında bloqqerlər Adnan Hacızadə və Emin Millinin, jurnalist Eynulla Fətullayevin indiyə qədər həbsdə saxlanılması, mətbuatda geniş özünüsenzura, elektron KİV-də və xüsusən telekanallarda plüralizmin olmaması; hakimiyyətin və Yeni Azərbaycan Partiyası xeyrinə informasiyanın üstünlüyü, hökuməti tənqid edən saytların (eqreb.com; tinsohbeti.com; susmayaq.-biz) bağlanması, jurnalistlərin və müxalifət namizədlərinin təqibi, o cüm-lədən “Azadlıq” qəzetinin redaktoru barədə seksual xarakterli videosüjetin nümayişi.
7 noyabr seçkilərində seçki saxtakarlığının şahidi olan “Azad Avropa“ “Azadlıq” radiosu, RATİ və “Azadlıq” qəzeti müxbirlərinə olan təzyiqlər, onların qanunsuz saxlanması, seçki məntəqəsindən uzaqlaşdırılması, Naxçıvanda jurnalistlərin seçki məntəqələrindən qovulması faktları göstərilir.
9 təşkilat Azərbaycan hakimiyyətindən həbsdə olan jurnalistləri dərhal azad etməyi, onların təqib olunmasında günahkarların cəzalandırılmasını, bağlanmış saytların açılmasını, telekanallarda plüralizmin təmin edilməsini, teleradio yayımın tənzimlənməsi üzrə müstəqil qurum yaradılmasını, Azərbaycanda xarici radiostansiyaların yayımına qoyulmuş qadağanın ləğvini tələb ediblər.
57 dəfə oxunub | 0 şərh olunub
 PARALEL qəzetindən.

Комментариев нет:

Отправить комментарий