четверг, 18 ноября 2010 г.

Azərbaycanda taxıl istehsalı azalıb


Milli.Az » İqtisadiyyat » Azərbaycanda taxıl istehsalı azalıb
18 Noyabr 2010 [12:42] - Milli.Az


 Bu il noyabrın 1-dək Azərbaycanda tarlalardan qarğıdalı ilə birlikdə 1,999 mln. ton taxıl toplanılıb ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 33,1% azdır.
Milli.Az xəbər portalı Dövlət Statistika Komitəsinin internet saytına istinadən xəbər verir ki, hesabat dövründə həmçinin 953,5 min ton kartof, 1 157,4 min ton tərəvəz, 560,2 min ton meyvə və giləmeyvə, 433 min ton bostan məhsulları, 108,3 min ton üzüm, 3,1 min ton tütün, 179 min ton şəkər çuğunduru, 530,5 ton yaşıl çay yarpağı toplanıb. Bununla yanaşı, noyabrın 1-dək ölkədə 28,1 min ton pambıq toplanıb və emal müəssisələrinə təhvil verilib.
Eyni zamanda, ilin əvvəlindən keçən vaxt ərzində diri çəkidə 271,7 min ton ət, 1 281,1 min ton süd, 992,9 mln. ədəd yumurta və 15,3 min ton yun istehsal olunub ki, 2009-cu ilin müvafiq dövrünə nisbətən ət istehsalı 6,9%, süd istehsalı 7,6%, yumurta istehsalı 0,1%, yun istehsalı isə 3,1% artıb.
Beləliklə, bitkiçilik sahəsində məhsul istehsalı 10,1% azalıb, heyvandarlıq sahəsində 6,4% artıb, kənd təsərrüfatının ümumi məhsulu isə ötən ilki səviyyədən 3,8% aşağı olub.
Qeyd edək ki, kənd əməkçiləri gələn ilin məhsulu üçün 714,1 min hektar sahədə şumlama aparıb, 332,8 min hektar sahədə dən üçün taxıl, o cümlədən 204,2 min hektar sahədə buğda, 128,6 min hektar sahədə arpa səpilib.
Milli.Az

Комментариев нет:

Отправить комментарий