понедельник, 22 ноября 2010 г.

Nazir: “Bu il bələdiyyələrin vəzifəli şəxsləri barəsində 24 material prokurorluğa göndərilib”





Nazir: “Bu il bələdiyyələrin vəzifəli şəxsləri barəsində 24 material prokurorluğa göndərilib” / 20.11.2010
Azərbaycanda bu il ərzində bələdiyyələrin vəzifəli şəxsləri barəsində 24 material hüquqi qiymət verilməsi üçün prokurorluğa təqdim olunub.  Bu barədə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov “Respublika” qəzetinə müsahibəsində bildirib. Nazir deyib ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən inzibati nəzarət qaydasında 21 mindən çox bələdiyyə aktına baxılıb, ləğv edilmiş qanunsuz qərarlar nəticəsində 2,1 min hektardan artıq torpaq sahələri bələdiyyələrə qaytarılıb.
Fikrət Məmmədovun sözlərinə görə, bu il 500-ə yaxın bələdiyyə barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə göndərilib.
Nazir bildirib ki, bələdiyyələrə 1700-dən çox tövsiyələr verilib, 2400-ə yaxın bələdiyyə nümayəndəsi tədrisə cəlb olunub.
Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinə toxunan nazir müsahibəsində qeyd edib ki, bu il ərzində Mərkəz tərəfindən cinayət, mülki və inzibati işlər üzrə 15 minədək məhkəmə ekspertizası keçirilib.
Nazirlik tərəfindən bu ilin 10 ayında 93 yeni qeyri-kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb, 190 mətbu nəşr dövlət reyestrinə daxil edilib.
Qeydiyyata alınmış qrant müqavilələrinin sayının ötən illə müqayisədə 26 faiz artdığını deyən Məmmədov bildirib ki, qrant müqavilələri əsasında alınmış qrantların məbləği 50 faizdən çox artaraq 19,6 milyon manat təşkil edib.

Комментариев нет:

Отправить комментарий