четверг, 25 ноября 2010 г.

“AĞ EV” HANSI MƏMURUNDUR?


ÖLKƏNİN ƏN GÜCLÜ OLİQARXLARINDAN BİRİ PİRŞAĞIDA ÖZÜNƏ SİMVOLİK DÖVLƏT BİNASI TİKDİRİB
Bakının Pirşağı qəsəbəsində yaşayan sakinlərdən PİA-ya maraqlı məlumat daxil olub. Məlumatda bildirilir ki, qəsəbədə ABŞ-ın Vaşinqton şəhərində yerləşən dövlət binasının tam oxşarından yaşadıqları yerdə də tikilib. Sakinlərin sözlərinə görə, qəsəbədə eynilə ABŞ-dakı Ağ Evin oxşarı olan ağ fasadlı və əzəmətli görkəmə sahib villa tikilib.
Pirşağı sakinləri bildirir ki, qəsəbələrindəki “Ağ Ev” geniş bir ərazidə yerləşir və həmin əraziyə qəsəbə sakinləri demək olar ki, buraxılmır.
Azərbaycanda bu baxımdan yeganə olan “Ağ Ev”in sahibinin kimliyi ilə maraqlandıq. Məlum oldu ki, bu bina Azərbaycanın ən güclü oliqarxlarından birinə məxsusdur. Mənbəmiz bildirir ki, ölkədə söz sahibi olan bir neçə nəfərdən biri olan bəhs etdiyimiz “Ağ Ev”in sahibinin Azərbaycanın digər bölgələrində də bu kimi onlarla imarətləri var. Məlumatlı mənbənin sözlərinə görə, adı çəkilən oliqarx ABŞ-ın Ağ Evinin eynisini Pirşağıdakı həyətində də tikdirməklə özü üçün dövlət binası inşa etdirib və burada ciddi qonaqlarını qəbul edib, yola salır. Mənbə onu da qeyd edir ki, Pirşağıdakı imarət yalnız binasının qurulu ilə deyil, eyni zamanda həyətyanı sahəsi ilə də ABŞ-dakı Ağ Evin oxşarıdır. Məlumata görə, yerli “Ağ Ev”in həyətindəki hər şey eynilə orijinalındakına bənzədilib və maksimum şəkildə çalışılıb ki, ABŞ-dakı ilə eyni olsun.
Qeyd edək ki, bir sıra səbəblərdən adını çəkmədiyimiz həmin oliqarx-məmur nazir olmasa belə, ölkədəki bir çox nazirdən daha üstün gücə və daha böyük “imperiya”ya malikdir.
Onu da bildirək ki, hazırda çalışırıq ki, Pirşağı qəsəbəsindəki həmin “Ağ Ev”in fotolarını əldə etməyə çalışırıq. Yaxın zamanlarda dünyanın ikinci “Ağ Ev”inin şəkillərinin dərc etməyə çalışacağıq.
Xatırladaq ki, Ağ Ev Amerika Birləşmiş Ştatları prezidentlərinin daimi iş və yaşayış yeridir. Ölkənin paytaxtı Vaşinqtonun mərkəzində yerləşir.
İqamətgahın bünövrəsi 1792-ci ilin oktyabrında qoyulub və bina 8 ilə tikilib.
1800-cü ildən başlayaraq, bu bina əhali arasında "Ağ Ev" adlandırılıb. Çünki binanın üstünə çəkilən ağ üzlük materialı onu ətrafdakı qırmızı mərmər fasadlı binalardan kəskin şəkildə fərqləndirib.
1814-cü ildə Britaniya qoşunlarının Birləşmiş Ştatlara hücumu zamanı Ağ ev tamamilə yandırılsa da, tezliklə bina təmir olunub.
Hazırda Ağ ev 7 hektardan çox ərazini tutur. Binada 132 otaq, 147 pəncərə, 142 qapı, 3 lift, 7 pilləkən var.
Görünür, Azərbaycanlı məmurların pullarının çoxluğundan onu hara və necə xərcləyəcəklərini bilmir və yeni layihələr üzərində baş sındırırlar. Yəqin ki, yaxınlarda ölkəmizdə Tac-Mahal və ya Eyfel qülləsinin də bənzəri inşa ediləcək. Kim bilir, bəlkə də artıq tikilib, bizlər bilmirik. Necə ki, bu günə qədər burnumuzun dibindəki “Ağ Ev”dən xəbərimiz olmayıb.
pia.az

Комментариев нет:

Отправить комментарий