среда, 17 ноября 2010 г.

Hüquqi şəxs nə deməkdir ?

 Hüquqi şəxs:
Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən, yəni Azərbaycan Respublikası Verğilər Mazirliyinin Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmaqla Azərbaycan Respublikası ərazisində  fəliyyət göstərməyə icazə verilir.
(əvvəllər kooperativ, Fərdi kiçik müəssisə, müstəqil kiçik müəssisə , Firma, Şirkət , Fermer, Fermerlər birliyi və sair kimi hüquqi statusu olanlar indi ,  Məhdud Məsuliyyətli Cəmiyyəti kimi qeydiyyata alınmaqla fəaliyyət göstərirlər)
Hüquqi şəxs  – kimi fəaliyyət göstərmək üçün  bir və yaxud bir neçə  vətəndaş ƏVİ – ( ərazi vergilər idarəsinə) müraciət etməklə qeydiyyata alındıqdan sonra fəaliyyət göstərmək hüququna malik olurlar:
əvvəllər bu səlahiyyəti müxtəlif icra orqanları həyata keçirmişlər, lakin 2008 ci ilin Yanvar ayından başlayaraq Bir pəncərə sistemi tətbiq olunmaqla bu səlahiyyətləri  Azərbaycan Respublikası Verğilər Mazirliyi və onun yerli qurumları olaraq Ərazi Vergilər İdarələri həyata keçirirlər. Hüquqi şəxs olmaq üçün,  vətəndaş ƏVİ – nə lazım olan sənədləri təqdim etdikdən sonra  5 -  gün müddətində  qeydiyyata alınırlar.
1.Vətəndaş bir nəfər olduqda Təsisçini Qərarını ( iki və daha artıq fiziki şəxs olduqda ) təsisçilər arasında bağlanmış və Notarial qaydada təsdiq olunmuş Təsis Müqaviləsi olmalıdır.
2. Cəmiyyətin qeydiyyata alınması barədə Dövlət rüsumunun 11 manat ödənilməsi barədə bank ödənişinin əsli ( qəbz)
3. Cəmiyyətin təsisçi tərəfindən müəyyən edilmiş Nizamnamə kapitalının ödənilməsi barədə Cəmiyyətin depozit hesabına yatırılan vəsaitin  ödənilməsi barədə bank ödənişinin surəti  ( qəbz)
4. Təsisçinin və ya təsisçilərin şəxsiyyətini təsdiq edən sənədin surətini
5. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş Hüquqi  şəxsin qeydiyyata alınması barədə ərizə formasının doldurulmaqla ( Notarial təsdiq olunmaqla ) təqdim edilməlidir:
6. Hüquqi ünvan barədə vətəndaş yaşadığı ərazi nümayədəliyindən arayış ( və yaxud Mülkiyyət hüquququnun təsdiq edən Qeydiyyat Vəsiqəsinin , mülkün Texniki Posportunun Notarusda təsdiq olunmuş surəti)  mülk başqasına məxsus olduqda mülk sahibinin Cəmiyyətin göstərilən ünvanda fəaliyyət göstərməsinə razılıq verməsi barədə ərizəsi (Notarial qaydad  təsdiq olunmalıdır) ,  olması yolu ilə həyata keçirilir.
7. Təsisçi və yaxud Təsisçilər tərəfindən imzalanmaqla təsdiq olunmuş cəmiyyətin Nizamnaməsi – 2 nüsxədən ibarət hazırlanması.
Qeyd edilən sənədləri vətəndaş özü və yaxud onun Notarial qaydada təsdiq olunmuş Etibarnamə əsasında  nümayəndəsi və yaxud nümayəndələri tərəfindən də icra olunmaqla da həyata keçirmək olar.
Bu məsələlər qanuni qaydada icra edildikdə ƏVİ – i ( ərazi Vergilər İdarəsi) səandəli qəbul etmələri və sənələrə baxış keçirmək üçün Bildiriş verirlər. Vətəndaş Bildirişdə göstərilən müddət ƏVİ – də qeydiyyata alınmalar barədə müsbət rəy olduqdan sonra bir gün ərzində Hüquqi şəxs kimi qeydiyyata alınmaları barədə  onu Vergi ödəyicisi kimi dövlət qeydiyyatına alır və aşağıdakı sənədləri verir:
Hüquqi şəxsin ( Cəmiyyətin) Qeydiyyata alınması barədə Şəhadətnamə
Hüquqi şəxsin ( Cəmiyyətin) Nizamnamənin qeydiyyata alınması
Hüquqi şəxsin VÖEN – vəsiqəsi 
Hüquqi şəxsin Nəzarət kitabcasını
Hüquqi şəxs qeydiyyata alınmış sənədlərin surətlərini mətbəəyə təqdim etməklə Möhür və Ştemp hazırlatdıra bilər.
Bu prosesləri icra olunduqdan sonra Cəmiyyətin təsisçisi ( Təsisçiləri) öz qərarı ilə Cəmiyyəti idarə etmək üçün direktor yaxud icraçi direktor və yaxud Menecer təyin edə bilər, Cəmiyyətin formalaşması üçün qərar və göstərişlər verə bilərlər. Bütün sənədləşmələr sonda müvafik Bank təşkilatında hesablaşma hesabları açmaqla Cəmiyyət maliyyə məsələlərinin həllini yerinə yetirirlər.
Beləliklə Cəmiyyətin rəhbərliyi öz işlərini , ştat vahidlərini və gələcək fəaliyyətini müəyyən edir.
VÖEN – nə deməkdir?
Hər bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən Hüquqi şəxs – fəaliyyətini müəyyənləşdirdikdən sonra dövlət qarşısında götürdüyü ödəliyinə cavabdehdir, ona görə də qeydiyyata alındıqda ona VÖEN – verilir.
Nəzarət kitabçası nə üçündür? – müxtəlif dövlət qurumları sahibkarliq fəaliyyəti ilə məşğul olan Hüquqi şəxsini fəaliyyətinə nəzarət etmək üçün bu kitabda qeydiyyat aparmaqla öz yoxlama və yaxud təftişlərini qanuna müvafiq həyata keçirə bilərlər. Hər hansı bir yoxlama və ya təftiş aparılaması nəzarət kitabına qeyd edilmədən aparıla bilməz.

1 комментарий:

  1. "Benjamin Briel Lee hər zaman çox peşəkar idi, baş verən hər şeydən xəbərdar olurdu. Əgər suallarım varsa cavab verməyə həmişə hazır olardım. Bu mənim ilk ev alışım idi, kredit prosesi haqqında çox məlumatım yox idi, o suallarımı anlamağı çox asanlaşdırdı. Onunla işləmək çox xoşuma gəldi. "
    Hər hansı bir layihəni maliyyələşdirmək və ya hər hansı bir məbləği çox aşağı faizlə borc vermək istəyən bir qrup investorla işləyən bir kredit mütəxəssisi. Əlaqə Benjamin Briel Lee E-Mail: Lfdsloans@outlook.com Whats-App nömrəsi: + 1-989 -394-3740.

    ОтветитьУдалить