понедельник, 15 ноября 2010 г.

AYAZ BAYRAMOV - sabiq Herbici

ANA TORPAQ

Fatehlər qan tökər torpaq üstündə,
Cahillər yurd satar hey torpaq bölər,
Cah – cəlal içində gəzən gədələr,
Bir ovuc əlində torpaqla ölər.

Ana torpaq and içirəm adına ,
Cahilinlə barışmaram bir daha,
Od vuracam düşməninə, yadına,
Əl görürüb, and içmişəm allaha.

Ana torpaq diz çökərəm önündə,
Gözlərimlə keşiyini çəkərəm,
Sənə layiq övlad yetişdirmişəm,
Məzarımı öz əlimlə tikərəm,

Cücərdərəm sözlərimi daşında,
Düşməninə əyilmərəmey vətən,
Qazilərı gözüyaşlı qoyma sən,
Açılmayan qapısını döy vətən,

                  *****
                Yorğun Fikirlər.

Yorğun fikirlərim önündə insan,
Diz çoküb Allaha yalvara bilməz,
Naşı səyyah kimi gəzər biz hər an,
Əzəldən özdüyü izləri gülməz,

Fikirlər önündə düşünsəm də mən,
Hər gülən fikirlər barışmaq olmur,
Duyğun olmizində cahıl əlindən,
Kiminsə işinə qarışmaq olmur,

Ömrünü aldın gündüzüm gecəm,
Yorğun fikirlərim üzünə gülməz,
Fikirlər uysa mənim düşüncəm,
Düşmən hədəfinə tuşlana bilməz,

Fikirlər məşqulə olan kimi,
Elə bil canımda gecələyirlər,
Anadan doğulub şair olanlar,
Xəyallar qoynunda hey dincəlirlər,
            *****
                Namus
                ( poema)
                 
Ata qeyrətindən olsan xəbərdar,
Namusundan ötrü başdan keçərsən,
Dostunu dost bilib düşməni düşmən,
Hədəfi daş ola daşdan keçərsən,

 Atanın adına sən layiq olsan,
Sənə arxa olar ata isməti,
Dağ kimi arxanda ucalar hər an,
Qəlbini isidər ata qeyrəti,

Ulu ataların getdiyi yollar,
Hicran gözlərində həsrətdən dolar,
Bu qeyrət, bu hikmət cürət karvanı,
Nəsildən-nəsilə yadigar qalar,

Atasız qaldığım atam, həmən gün,
Düşdü saçlarıma dağların qarı,
Çəkdi ocağımdan əlin toy-düyün,
Qocatdım özümlə gülüzlü yarı

Arzum qanad açıb uça bilmədi,
Qırıldı telləri könül sazımın,
Qəlbimin güneyi, qüzeyi dondu,
Baharı qış oldu, qarlı yazımın,

Tükəndi sözlərim, nitqim lal oldu,
Çatdım intizara nə qəm yarı da,
Özümü unutdum bir xəyal kimi,
Ümüdlər, arzular qaldı yarıda,

Göylərdə buz kimi danan buludlar,
Daş oldu, yerlərə yağmadı yağış,
Qəlbimin qapısın fələk kəsəndən,
Yaxam tapmışdı bir acı qarğış,

Atasız günlərim dərdimə döndü,
Qardaşlar, bacılar başqalaşdılar,
Doğmam qənim oldu yaxın larıma,
Həddini aşdılar əxlaqın ədəbin,

Zəmanə əhliyəm sərsəm deyiləm,
Hələ karvanımı düz aparıram,
Sizlərə sözüm var ey əhliqələm,
Sinəm xəzinədir söz aparıram,

 *********************************
               2- ci Fəsil
Zülmətli gecələr qəlbimə axdı,
Elə bil qar yağdı, soyuq məzara,
Qaranlıq gözümə həsrətlə baxdı,
Xəyalım göylərdə çəkildi dara,

Sanıram atamın nəsiyyətləri,
Havaxtsa göylərə olacaq məni,
Sevincli  günlərim xatırlansa da,
Verdiyi töhfələr qacacaq mənə,

Ötdü şirin anlar, atalı günlər,
Mənasız günlərim bir an olmadı,
Fələk qapımızda bitən zaman dan,
Atalı günlərə güman qalmadı,

Atamla yuxuda qovuşuram mən,
Birgə oyanıram, birgə yatıram,
Quş kimi uçuram qanadlanıram,
Əlçatmaz anlara uyub çatıram,

Bahar güllərini, tər çiçəkləri,
Bu könlüm istəməz sarala-sola,
Yuxuda tapdığım durna tellərin,
Almışam üfüqdən düzmüşəm yola,

Bir xəbər gələydi o kəhkəşandan,
Kaş bilə-biləydim atam necədir,
Yuxuma bircə gün gəlməsə atam,
Elə bil gündüzüm zülmət gecədir,

Sənin hörmətinə laqeyitəmsə mən,
Sevin ki, ən xöşbəxt mən övladınam,
Ay ata bu sözlər gəlir ürəkdən,
Saf eşqin urunda sənin adınam,

Kimsə unutmadı yaxşılığını,
Həyatdan silinməz yaxşının adı,
Elimin sən adlı bir harayı var,
Müqəddəs ocaqdır, sönməzdir adı,
         *********************

Комментариев нет:

Отправить комментарий