понедельник, 22 ноября 2010 г.

Bakıda restoranda fahişəxana açan şəxs tutuldu

Bakıda restoranda fahişəxana açan şəxs tutuldu
20 Noyabr 2010 [13:39] - Milli.Az              
 Restorana yeyib-içməyə gələn müştərilərə həm də qadınlar təklif olunurmuş.
Bakının Binəqədi rayonu ərazisində restoranda əxlaqısızlıq yuvası təşkil edən şəxs yaxalanıb. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, həmin şəxs Əbdülkərim Əliyevdir.
Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsindən Milli.Az xəbər portalına verilən məlumata görə, tutulan Ə.Əliyev Sulutəpə qəsəbəsindəki “Şəms” restoranında əxlaqsızlıq yuvası təşkil edib. Belə ki, o, restorana yeyib-içməyə gələn müştərilərə qadınlar təklif edirmiş. Sonradan isə Ə.Əliyev törətdiyi əmələ görə istintaqdan yayınıb və 2 ay əvvəl barəsində Cinayət Məcəlləsinin 144.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə axtarış elan olunub.
Ə.Əliyev noyabrın 19-da Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşları tərəfindən tutulub. Cinayət işinin istintaqı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılır.
Anar Məmmədov
Milli.Az

Комментариев нет:

Отправить комментарий