суббота, 13 ноября 2010 г.

AZAD İSTEHLAKÇILAR BİRLİYİNİN SƏDRİ CƏNAB E. HÜSEYNOVA

AZAD  İSTEHLAKÇILAR  BİRLİYİNİN SƏDRİ CƏNAB  E. HÜSEYNOVA  
CƏLILABAD ŞƏHƏR HƏZI ASLANOV KÜŞƏSI EV58 də  Yaşayan ABDIYEV ƏHMƏDAĞA HÜSEYN OĞLUNDAN                                                                                               
Ə R İ Z Ə
  cənab Eyyub Hüseynov!
 Mənim sualıma konkret olaraq cavab istədiyim halda Şirvan MMC - nin  Hüquqşunası F. A. Şirəliyevin mənə nə izah etmək istədiyi başa düşülmür.
Antiinhisar Syasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Departamentinin rəis müavini  cənab A. Əliyev yazırsiniz ki, 5 gün müddətində müqaviləni göndərin. Siz mənim məktubumu diqqətlə oxuyun. Əgər müqavilə yoxdursa mənim evimə bir fazlı sayqac nəyin əsasında birləşdirilib.
Sualımı bir daha təkrar edirəm.
Mənim evimdə olnan bir fazlı sayğac dəyişdirilib. 3 fazlı sayğacımı isə şəbəkədən ayırıblar. Onun şəbəkəyə birləşdirilməsini xahiş və tələb edirəm.
            Bildiririrəm ki,  uzun illərdir ki, göstərdiyim ünvanda yaşayıram həmişə də sayğacdan istifadə etməklə enerji haqqını vaxtında ödəmişəm.
Azərenerji Təhcizat İdarəsinin rəisi Hikmət müəllimin şəxsən göstərişindən sonra mənim 3 fazlı sayqacım şəbəkəyə birləşdirilsə də üç  gündən sonra yenidən şəbəkədən ayrıldı. Bununla əlaqədar Cəlilabad PEŞ – nin rəisinin yanında olsam da məni qəbul etmədi , dedi ki,  mənlık deyil. Şirvan YGEŞ – nə müraciət edin.  Cəlilabad PEŞ – rəisi İ. Ə. Aslanovun  bir daha yadina saldım ki, sayğaclar pulsuz dəyişdirilməlidir. Axı mənim hazırda standarta uyğun oln sayğacım işlək vəziyyətdə olduğu halda nə səbəbə şəbəkədən ayrılıb. İ. Ə. Aslanov bir daha bildirdi ki,  Mənə yalnız  Şirvan YGEŞ – I  göstəriş verə bilər.
Mənə məsləhət bilir ki, Şirvan şəhərinə gedim. Mən nəyə görə qapı – qapı düşüb nə isə almalıyam. Bu işə cavabdeh mühaənislər var. Baxmalıdırlar ki, mən yalnız quyudan su çıxarmaq üçün istifadə etmişəm. Mənim sayğacımın dəyişdirilməsinə ehtiyac yoxdur. Əgər Siz bunu istəyirsinizsə o , zaman bu əməliyyat pulsuz həyata keçirilməlidir.
Mən bu barədə İqtisadi İnkişaf naziri cənab Ş. Mustafayevə , Antiinhisar Departamentinə müraciət etməyimə baxmayaraq 2010 cu ilin mart ayından bu məsələ öz qanuni həllini tapmamışdır. Azərenerjinin Şirvan şəhərindəki məmurlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin  06.01.2010 cu il tarixli 03 saylı qərarına hörmətsizlik etməsini , Azərbaycan Respublikası Prezidenti Möhtərəm . İ. H. Əliyevin sərancamının əlehinə olaraq qanunsuz yolla pul toplamaq məqsədli bu hərəkətini qəbul edə bilmirəm. Prezidentin sərəncamının yerinə yetirilməməsin başa düşmürəm. Məgər bu ölkədə Azərenerjinin hansısa məmur işçisi Prezidenti saymır. Hamını aldadaraq zorla da olsa Smart – kartla işləyən sayğacları satmaq istəyi?
Mənim 70 – yaşım var , əliləm məni haqsız olaraq incidirlər. Odur ki , Sizdən acizanə xahiş edirəm mənim susuz qalmaqımı nəzərə alaraq bu məsələnin həllindən ötəri  Şirvan YGEŞ – nə  göstəriş verəsiniz. Onsuz da Azərenerji bu məsələni həll etmək istəmir. Dəfələrlə müraciət etsəm də ərizəmə Şirvan YGEŞ – i MMC – nin hüquqşunası  F. A. Şirəliyev yalnız EEİQ – nin tələblərinin izah olunduğunu bildirən cavab yazır.
3 fazlı sayğacın dəyişdirilməsinin pullu və yaxud pulsuz olmasını yazmır.  
Mənim sualim isə belədir.
Uzun illər içməli suyun quyudan çıxarilması məqsədilə kompressor nasosunun işləməsi üçün  istifadə etdiyim 3 fazlı elektron “ MAKEL” tipli sayqacın  dəyişdirilməsi  kimin hesabina həyata keçirilməlidir???..
Dərin hörmətlə : Abdıyev Əhmədağa Hüseyn oğlu 10. 11. 2010  cu il  

Комментариев нет:

Отправить комментарий