понедельник, 22 ноября 2010 г.

Otağında alnından güllələnən biznesmen


Otağında alnından güllələnən biznesmen

O həm də Cəlilabad Rayon İcra hakimiyyətində şöbə müdiri işləyən Ələsgər Haxıyevin qardaşıdır.
Mərhumun oğlu səhər saat 8 radələrində fabrikə gələndə atasını iş otağında ölü tapıb.
Ötən bazar günü Cəlilabad rayonunda dəhşətli qətl hadisəsi baş verib. Cəlilabad Rayon İcra Hakimiyyəti ümumi şöbəsinin müdiri Ələsgər Haxıyevin qardaşı Ələkbər Haxıyev iş otağında alnından güllələnərək qətlə yetirilib. Hadisə səhər saat 8 radələrində baş verib. Bu barədə redaksiyamıza verilən məlumatda deyilir ki, qətlə yetirilən şəxs iş adamı olub. Onun Cəlilabad şəhərinin mərkəzində, evinin yaxınlığında şəxsi broyler fabrikinin olduğu bildirilir. Cinayətin hansı zəmində törədilməsinə gəlincə isə bununla bağlı ilkin olaraq bir neçə versiya səslənir. Qısqanclıq, kimlərləsə biznes maraqlarının toqquşması, şəxsi düşmənçilik, tamah məqsədilə qarət, narkotik məsələsi kimi ən müxtəlif ehtimallar irəli sürülür. Bu ehtimalların hansının həqiqət olduğu bəlli deyil. İstisna deyil ki, qətlin motivi tamam başqa məsələ ilə də bağlı olsun.
“Yeni Müsavat”ın Cəlilabaddakı mənbəyə istinadən verdiyi məlumatda deyilir ki, mərhum Ələkbər Haxıyevin bacısı oğlu Tahir Haxıyev 15 gün öncə Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən 26 kiloqram narkotik maddə ilə həbs edilib. O, hazırda həbsdə saxlanılır. Ələkbər Haxıyevin qətlinin bu hadisə ilə hansısa formada bağlı olduğu da istisna edilmir.
Bu qətl hadisəsi ilə bağlı Cəlilabad Rayon Prokurorluğunun və rayon polis şöbəsinin istintaq qrupunun araşdırma apardığı bildirilir. Cümə gününə qədər qatil tapılmamışdı. Əməliyyat-axtarış tədbirləri davam etdirilir. Olayla bağlı yeni bilgilər almaq üçün qəzet Cəlilabad Rayon Polis Şöbəsi və Cəlilabad Rayon Prokurorluğu ilə də əlaqə saxlayıb. Hər iki təşkilat məlumatı təsdiqləyib, lakin istintaq getdiyi üçün əlavə məlumat verə bilməyəcəyini söyləyib.
Rayondakı digər mənbələrimiz isə qətllə bağlı nisbətən fərqli bilgilər verdilər. Onların deməsinə görə, Ələkbər Haxıyev martın 14-də səhər saat 8 radələrində yox, martın 13-dən 14-nə keçən gecə qətlə yetirilib: “Mərhum bəzən gecəni də iş yerində, broyler fabrikində keçirirdi. Görünür, bu da işinin çoxluğu ilə bağlı imiş. Qətlə yetirildiyi gecə də o, iş yerində qalıb. Yəqin, qatil bundan xəbər tutub, onun hərəkət xətti, iş qrafiki barədə məlumatlı olub, gecə iş yerində qaldığına əmin olandan sonra onu öldürüb. Mərhumun oğlu səhər saat 8 radələrində fabrikə gələndə atasını iş otağında ölü tapıb”. Tam dəqiqləşdirilməmiş məlumata görə, onun oğlu həmin gün saxlanılıb. Haqqında hələ məhkəmə hökmü olmasa da, onun azad edilmədiyi də bildirilir.
Qeyd edək ki, mərhum iş adamının 60-a yaxın yaşı var. Əslən Cəlilabadın Cəfərli kəndindən olan Ələkbər Haxıyev həmin gün Cəlilabad şəhər qəbiristanlığında dəfn olunub.

   

Комментариев нет:

Отправить комментарий