AZƏRBAYCAN RESPUBLIKASININ İQTİSADİ İNKİŞAF NAZİRİ CƏNAB Ş. MUSTAFAYEVƏ
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqularının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini cənb A. Əliyevə
Surəti: “ AZƏRENERJİ ” ASC – nin TƏHCİZAT İDARƏSİNİN RƏİSİ CƏNAB H.HƏSƏNOVA Surəti: “ AZƏRENERJİ ”ASC – NIN ENERJİNƏZARƏTİ İDARƏSİNİN RƏİS MÜAVINI CƏNAB A. MÜRSƏLIYEVƏ Surəti: “ ŞİRVAN YGEŞ ” MMC – nin direktoru A. A. İsmayılova
CƏLILABAD ŞƏHƏR HƏZI ASLANOV KÜŞƏSI EV 58 ABDIYEV ƏHMƏDAĞA HÜSEYN OĞLUNDAN
Ə R İ Z Ə
cənab Pəis müavini !
Mənim sualıma konkret olaraq cavab istədiyim halda Şirvan MMC - nin Hüquqşunası F. A. Şirəliyevin mənə nə izah etmək istədiyi başa düşülmür.
Siz isə cənab A. Əliyev yazırsiniz ki, 5 gün müddətində müqaviləni göndərin. Siz mənim məktubumu diqqətlə oxuyun.
Sualımı bir daha təkrar edirəm.
Mənim evimdə olnan bir fazlı sayğac dəyişdirilib. 3 fazlı sayğacımı isə şəbəkədən ayırıblar. Onun şəbəkəyə birləşdirilməsini xahiş və tələb edirəm.
Bildiririrəm ki, uzun illərdir ki, göstərdiyim ünvanda yaşayıram həmişə də sayğacdan istifadə etməklə enerji haqqını vaxtında ödəmişəm.
Hikmət müəllimin şəxsən göstərişindən sonra mənim 3 fazlı sayqasım şəbəkəyə birləşdirilsə də üç gündən sonra yenidən şəbəkədən ayrıldı. Bununla əlaqədar Cəlilabad PEŞ – nin rəisinin yanında olsam da məni qəbul etmədi , dedi ki, mənlık deyil. Şirvan YGEŞ – nə müraciət edin. Cəlilabad PEŞ – rəisi İ. Ə. Aslanovun bir daha yadina saldım ki, sayğaclar pulsuz dəyişdirilməlidir. Axı mənim hazırda standarta uyğun oln sayğacım işlək vəziyyətdə olduğu halda nə səbəbə şəbəkədən ayrılıb. İ. Ə. Aslanov bir daha bildirdi ki, Mənə yalnız Şirvan YGEŞ – I göstəriş verə bilər.
Mənə məsləhət bilir ki, Şirvan şəhərinə gedim. Mən nəyə görə qapı – qapı düşüb nə isə almalıyam. Bu işə cavabdeh mühaənislər var. Baxmalıdırlar ki, mən yalnız quyudan su çıxarmaq üçün istifadə etmişəm. Mənim sayğacımın dəyişdirilməsinə ehtiyac yoxdur. Əgər Siz bunu istəyirsinizsə o , zaman bu əməliyyat pulsuz həyata keçirilməlidir.
Mən bu barədə İqtisadi İnkişaf naziri cənab Ş. Mustafayevə , Antiinhisar Departamentinə müraciət etməyimə baxmayaraq 2010 cu ilin mart ayından bu məsələ öz qanuni həllini tapmamışdır. Azərenerjinin Şirvan şəhərindəki məmurlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.01.2010 cu il tarixli 03 saylı qərarına hörmətsizlik etməsini , Azərbaycan Respublikası Prezidenti Möhtərəm . İ. H. Əliyevin sərancamının əlehinə olaraq qanunsuz yolla pul toplamaq məqsədli bu hərəkətini qəbul edə bilmirəm. Prezidentin sərəncamının yerinə yetirilməməsin başa düşmürəm. Məgər bu ölkədə Azərenerjinin hansısa məmur işçisi Prezidenti saymır. Hamını aldadaraq zorla da olsa Smart – kartla işləyən sayğacları satmaq istəyi?
Mənim 70 – yaşım var , əliləm məni haqsız olaraq incidirlər. Odur ki , Sizdən acizanə xahiş edirəm mənim susuz qalmaqımı nəzərə alaraq bu məsələnin həllindən ötəri Şirvan YGEŞ – nə göstəriş verəsiniz. Onsuz da Azərenerji bu məsələni həll etmək istəmir. Dəfələrlə müraciət etsəm də ərizəmə F. A. Şirəliyev yalnız EEİQ – nin tələblərinin izah olunduğunu deyir.
Mənim sualim isə belədir.
Uzun illər içməli suyun quyudan çıxarilması məqsədilə kompressor nasosunun işləməsi üçün istifadə etdiyim 3 fazlı elektron MAKEL tipli sayqacın dəyişdirilməs kimin hesabina həyata keçirilməlidir???..
Dərin hörmətlə : Abdıyev Əhmədağa Hüseyn oğlu
05. 11. 2010 cu il
Комментариев нет:
Отправить комментарий