суббота, 13 ноября 2010 г.

Elmira xanım Axundovaya

  Azərbaycan Respublikası Milli Məclisinin Deputatı , Millət vəkili , Milli Məclisin  üzvü Elmira xanım Axundovaya
 Masallı rayonu Ərkivan kənd sakini Şəhid atası Qənbərov Yavər Əli oğlu və şəhid anası Qənbərova Gilas Səttar qızından  
                                                              
Ə R İ Z Ə 
Hörmətli Elmira xanım!!
Bildiririk ki, oğlumuz Səyyad Qənbərov 1980 cı ildə yanvar ayında Masallı rayonunun Ərkivan kəndində anadan olub.  O,  Ali məktəbi bitirərək avtomabil mühəndisi ixişsası almışdır. Səyyad Qəmbərov 2002 ci ilin mart ayında Masallı rayonu hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır.
Səyyad ilk hərbi xidmətinə Respublikamızın Murovdağ silsiləsində yerləşən 172 saylı hərbi diviziyanın 3 cw batareyasında taqım komandiri kimi, eyni zamanda batereyanın baş zabiti kimi leytinat rütbəsində işə başlamışdır. S. Qəmbərovun komandiri isə 14 dekabr 1974 cü ildə Şəki şəhərində anadan olmuş İlham Yusif oğlu Məmmədov olmuşdur. Komandir İ. Y. Məmmədov 172 saylı H/H komandiri Azər Bağırovla cinayət əlaqəsinə girərək S. Qənbərovun tabeliyində olan 20 nəfər sıravi əskərlərə veriləsi aylıq pulları 2002 ci ilin aprelindən 2002 ci ilin noyabrına kimi hər ay əsgərlərdən alıb mənimsəmişdirlər.
            S. Qənbərov komandirlərindən xahiş etmişdir ki, 2003 cü il yaxınlaşır heç olmasa 2002 ci ilin dekabr ayında əsgərlərə veriləsi pulları onların özünə versinlər, onlarda yeni ili qarşılasınlar. Oğlum Səyyad Qəmbərov bu haqda İ. Y. Məmmədova və hərbi hissənin komandiri Azər Bağırova bir neçə dəfə müraciət etməsinə baxmayaraq hər komandir , onun müraciətlərinə nəinki əməl etmiş, əksinə Səyyada qarşı onlarda bir növ ikrah hissi oyanmışdır. Oğlum Səyyad Qənbərovu aradan götürmək üçün batareya komandiri İ. Y. Məmmədov 2002 ci ilin dkabr ayının 26 da saat 10 – 00 da hərbi hissənin silah anbarından bir ədəd AKMS – tf markalı avtomat silahı və 30 ədəd döyüş potronu götürüb həmən silahı atəş vəziyyətinə gətirərək havaya bir atəş açmış və dərhal sonra zabitlər yaşayan otağa daxil olaraq atəş vəziyyətində olan odlu silahla taxta çarpayıdan düşmək istəyən oğlum Səyyad Qənbərova tərəf tuşlayıb bir atəş açaraq onun döş qəfəsinin sağ yarısının ön sətindən dəlib keçən istiqamətli öndən arxaya keçməklə ona ağır bədən xəsarəti yetirmişdir. Oğlum İ.Y. Məmmədov tərəfindən güllələndikdən sonra saat 14- 10 da Gəncə şəhərində yerləşən hərbi Hospitala aparılmış , üzərində cərrahi əməliyyat aparılarkən saat 15- 20 də massif qanaxma fonunda , ürək- damar- ağ ciyər çatışmamazlığından vəfat etmişdir. Oğlumu qətlə yetirən İlham Yusif oğlu Məmmədovun törətdiyi cinayət işini araşdırılması üçün Gəncə şəhərində yerləşən hərbi prokuroluğun böyük müstəntiqi ədliyyə mayoru R. İ. Məmmədova tapşırılmışdır. Müstəntiq R. İ. Məmmədov ilk gündən istintaqı düzgün aparmamış, cinayətkar İ.Y. Məmmədov törətdiyi cinayət əməlinə görə AR. CM  120 . 2 .8  və 120.2.12 ci maddələri  ilə təqsirli bilindirməli ona ən azı 12 ildən 15 il müddətinə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan mərhum etmək əvəzinə humanistlik edərək onun işinin AR. CM – 120.1 maddəsilə işə baxılmaq üçün hərbi məhkəməyə vermişdir, ACDİ – üzrə AR. Hərbi məhkəməsinin hakimi Mehman Fəyyaz oğlu Əsəadovun sədirliyi ilə 19 iyul 2003 ci il tarixli hökmü ilə İ. Y. Məmmədovu AR.CM – nin 120.1 maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhkum etmişdir. Məhkəməni həmən hökmü ilə İ. Y. Məmmədovda 14.150.000 manat ( AZM)  oğlumun dəfn xərclərinin alınaraq bizə verilməsi qeyd edilmişdir. Lakin bu günə kimi məhkəmə hökmü tam icra edilməmişdir.
Hörmətli Elmira xanım!!!
Oğlumun vəfatından sonra ona şəhid statusu verilməsindən ötəri Müdafiə nazirliyini məhkəməyə verdik. Səbayıl rayon məhkəməsi 21 iyun 2007 ci il tarixli Qərarı ilə ona şəhidlik statusu verilməsi barəsindəki iddiamızı təmin etməmişdir. Beləliklə 8 ilə yaxındır ki, oğlumuz Səyyad Yavər oğlu Qənbərova şəhid statusu verilməsi haqqında Respublikanın aidatı orqanlarına müraciət etməyimizə baxmayaraq bu günə kimi baxan olmamışdır.
Xahiş edirik oğlumuz Səyyad Qənbərova şəhidlik statusu verilməsindən ötəri lazımı köməklik göstərəsiniz.
Qoşma _______ vərəq

                       İmza:Qənbərov Yavər Əli oğlu və Qənbərova Gilas Səttar qızı
                                28. 10. 2010 cu il  tel. 0 50 464 58 96              

Комментариев нет:

Отправить комментарий