понедельник, 22 ноября 2010 г.

Daşkəsəndə müasir ət emalı müəssisəsi fəaliyyətə başlayıb / 19.11.2010



Daşkəsəndə müasir ət emalı müəssisəsi fəaliyyətə başlayıb / 19.11.2010

Bu gün Daşkəsən rayonunda əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına inşa olunmuş “Elba” MMC-yə məxsus ət emalı müəssisəsi fəaliyyətə başlayıb.  Milli.Az xəbər portalına İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, müəssisə Almaniyanın “Banth”, “Bither” və “Seracold” şirkətlərinin istehsalı olan avadanlıqlarla təchiz edilib. İstehsal edilən məhsulların saxlanılması məqsədilə müəssisənin yaxınlığında tikilmiş tutumu 1000 ton olan soyuducu anbar kompleksi də istifadəyə verilib.
Ət emalı müəssisəsində bir iş növbəsi ərzində 65-70 baş iribuynuzlu, yaxud 150 baş xırdabuynuzlu heyvanların kəsilməsi, soyulması, təmizlənməsi, hissələrə ayrılması və emal bölməsinə daşınması, sifarişdən asılı olaraq ət məhsullarının müxtəlif ölçülərdə və çeşidlərdə qablaşdırılması, saxlamaya göndərilməsi və digər proseslər tam avtomatlıb.
Emal olunmuş və qablaşdırılmış ət və ət məhsullarının saxlanılması məqsədilə “Elba” MMC tərəfindən inşa olunmuş tutumu 1000 ton olan soyuducu anbar kompleksində isə istehsal olunan məhsulun saxlanılması nəzərdə tutulub.

Комментариев нет:

Отправить комментарий