среда, 17 ноября 2010 г.

BAŞ NAZİR





VASİF TALIBOV BAŞ NAZİR POSTUNA GƏTİRİLƏCƏK / 13.11.2010
Oqtay Əsədov təyin olunmuş yeni Milli Məclisin spikeri olmaya bilər
Azərbaycanda siyasi mübarizə müstəvisi təkcə müxalifətdəkilər üçün yox, həm də hakimiyyətdəkilər üçün hədsiz daralıb. Bu daralmanın özəl məqsədləri var. Yeni təyin olunmuş Milli Məclisin tərkibinə əsaslı əl gəzdirilməsinin və müxalifətin MM-ə buraxılmamasının ilginc təfərrüatları yavaş-yavaş üzə çıxır.
Aldığımız yeni xəbər sızmasından bəlli olur ki, tayfa hakimiyyətinin dayaqları sayılan Ramiz Mehdiyev, Bəylər Əyyubov və onların əhatəsindəkilər uzun müzakirələrdən sonra işlərini nəhayət, Vasif Talıbovun Baş Nazir postuna gətirilməsi üzərində qurmaq barədə qəti qərara gəliblər.
Uzun müddət idi ki, ölkənin baş naziri kim olsun, sualı açıq qalmışdı. Bu posta zaman-zaman Fövqəladə hallar Naziri Kamaləddin Heydərovun, Nəqliyyat Naziri Ziya Məmmədovun, Milli Məclisin sabiq spikeri Oqtay Əsədovun, sabiq İqtisadi İnkişaf Naziri Heydər Babayevin ölkəmizin Rumunyadakı səfiri Eldar Həsənovun namizədlikləri hallandırılmışdı. Lakin ailə bu adamların həmin posta gətirilməsini daxili müzakirəyə çıxarsa da, Ramiz Mehdiyev, Bəylər Əyyubov və həmin qrupun digər üzvləri bu namizədlərin heç birinin namizədliyinə razılaşmamış və məsələ gündəlikdən çıxarılmışdı.
Artıq yeni təyin olunmuş Milli Məclisin tərkibindən də göründüyü kimi, parlament  bu dəfə elə tərkibdə formalaşdırılıb ki, bu tərkiblə adları yuxarıda çəkilən namizədlərin baş nazir postuna gəlmələri demək olar ki, mümkün deyil. Əgər yeni təyin olunmuş MM üzvlərinin kimlərin vasitəsi ilə mandat qazandıqlarını nəzərə alsaq, o zaman dediklərimizin heç də təsadüfi olmadığı ilə razılaşmalı olacaqsınız.
Maraqlı faktlardan biri də odur ki, yeni təyin olunmuş Milli Məclis üzvlərinin tərkibində kürd kökənli nümayəndələrin sayı əvvəlki MM-in tərkibindəkindən 10 nəfər artaraq, onların sayı 50-yə qaldırılıb. Bu faktorun özü də təsdiq edir ki, Vasif Talıbovun Baş Nazir postuna gətiriləcəyi barədə hakimiyyətdən sızmış xəbər təsadüfi deyil.
Hələlik hakimiyyətin başı ABŞ-ın və Avropanın basqıları altında saxta MM-in qorunmasına qarışsa da, hakimiyyət daxilində bir-birinə qarşı olan qruplar arasında ciddi münaqişə gedir. Seçkisonrası ölkədaxili vəziyyət həqiqətən hakimiyyət üçün ürəkaçan deyil. Hakimiyyət böhranı özünü büruzə verməkdədir və belə davam etsə, hətta parlamentin buraxılması gündəmə gələ bilər.Mövzuya qayıdacağıq
Mirdaməd

Комментариев нет:

Отправить комментарий